“Azmikroinvest” nizamnamə kapitalını 6%-ə yaxın azaldıb

“Azmikroinvest” nizamnamə kapitalını 6%-ə yaxın azaldıb
# 17 mart 2023 10:10 (UTC +04:00)

“Azmikroinvest” Bank Olmayan Kredit Təşkilatı (BOKT) MMC nizamnamə kapitalını azaldıb.

Bu barədə “APA-Economics”ə BOKT-dan bildirilib. Qeyd edilib ki, təsisçilərin 10 mart 2023-cü il tarixli qərarı ilə MMC-nin nizamnamə kapitalı 91,4 min manat və ya 5,5% azaldaraq 1 milyon 558,6 min manata endirilib.

Qeyd edək ki, bundan əvvəl BOKT-un nizamnamə kapitalı 1 milyon 650 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR