"AzRe Təkrarsığorta"nın Direktorlar Şurasının üzvü şirkətdən ayrılıb

"AzRe Təkrarsığorta"nın Direktorlar Şurasının üzvü şirkətdən ayrılıb
# 05 sentyabr 2022 12:40 (UTC +04:00)

"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) müstəqil üzvü şirkəti tərk edib.

Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Məlumata görə, Direktorlar Şurasının müstəqil üzvü Anar Mansurov şirkətdən ayrılıb.

Qeyd edək ki, hazırda təkrar sığorta şirkətinin DŞ-nin tərkibi iki nəfərdən - DŞ-nin sədri Tokay Əlizadə və DŞ-nin üzvü Vəlihəd Səfərovdan ibarətdir.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR