“Azre Təkrarsığorta”nın rəhbərliyində dəyişiklik olub

“Azre Təkrarsığorta”nın rəhbərliyində dəyişiklik olub
# 27 fevral 2023 11:20 (UTC +04:00)

“Azre Təkrarsığorta” ASC-nin İdarə Heyətinin tərkibi artıb.

Bu barədə "APA-Economics"ə təkrarsığorta şirkətindən bildirilib. Belə ki, Tural Qasımov və Sarxan Mikayılov “Azre Təkrarsığorta”nın İdarə Heyətinin üzvləri seçiliblər. Bununla da, "Azre"nin İdarə Heyəti 1 sədr və 4 üzvdən ibarət olub.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR