Bağlanan bankın daşınmaz əmlakı açıq hərraca çıxarılacaq

Bağlanan bankın daşınmaz əmlakı açıq hərraca çıxarılacaq
# 09 sentyabr 2022 17:38 (UTC +04:00)

5 oktyabr tarixində saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, daşınmaz əmlak, Şəki şəhəri, Sabit Rəhman küçəsi, 6A ünvanında 0.25 ha torpaq sahəsində yerləşən (ü/s 2389.8 kv.m) qeyri-yaşayış binasıdır.
Daşınmaz əmlakın ilkin satış qiyməti 1 300 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR