Bağlanan bankın sədr müavini "AzRe"yə rəhbər təyin olunub - EKSKLÜZİV

Bağlanan bankın sədr müavini "AzRe"yə rəhbər təyin olunub  - EKSKLÜZİV
# 13 iyun 2022 15:07 (UTC +04:00)

"AzRe Təkrarsığorta" şirkətinin Direktorlar Şurasının sədri dəyişib.

"APA-Economics"in sığorta bazarından əldə etdiyi məlumata görə, Direktorlar Şurasının sədri Fuad Quliyev iyun ayının əvvəlindən etibarən şirkətdən ayrılıb. Onun yerinə Tokay Əlizadə təyin edilib.

F. Quliyev "APA-Economics"in məsələ ilə bağlı sualına cavab olaraq bildirib ki, məsələni sığorta şirkətindən dəqiqləşdirin.

Qeyd edək ki, Direktorlar Şurasının yeni sədri Tokay Əlizadə 2016-cı ilə kimi keçmiş "AG Bank"ın İdarə Heyətinin sədr müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR