Bakı Fond Birjası əməliyyatların ümumi həcmini açıqlayıb

Bakı Fond Birjası əməliyyatların ümumi həcmini açıqlayıb
# 04 may 2022 15:28 (UTC +04:00)

Bakı Fond Birjasında 01.01.2022-30.04.2022 tarixləri ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 6 milyard 470 milyon 138 min manat təşkil edib.

"APA-Economics" Birjanın yaydığı məlumata istinadən bildirir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 189%, repo əməliyyatları üzrə 43%, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 427%, ümumi ticarət həcmində isə 12% artım qeydə alınıb.

Ötən ilin müvafiq dövrünə nəzərən korporativ istiqrazlar ilkin bazarının ticarət həcmində (ipoteka istisna olmaqla) 287 dəfə artım müşahidə olunub.

2022-ci ilin aprel ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4 milyard 89 milyon 315 min manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR