Bakı Fond Birjasında əməliyyatların həcmi 8 faiz artıb

Bakı Fond Birjasında əməliyyatların həcmi 8 faiz artıb
# 02 iyun 2022 16:08 (UTC +04:00)

2022-ci ilin yanvar-may aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 7,415 milyard manat təşkil edib.

BFB-dən "APA-Economics"ə daxil olan məlumata görə, bu da ötən ilin eyni dövrünə nisbətən 8% çoxdur.

BFB-nin dövriyyəsinin 4,135 milyard manatı dövlət qiymətli kağızlarının (7% az) payına düşüb.

Bu dövrdə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 441,137 milyon manat (3 dəfə çox), repo əməliyyatları üzrə əqdlərin dəyəri 2,839 milyard manat (24,8% çox) olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR