"Bakı Fond Birjası"nın dövriyyəsi 20%-ə yaxın azalıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 20%-ə yaxın azalıb
# 10 noyabr 2022 11:42 (UTC +04:00)

2022-ci ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası"da (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri ötən ilin eyni dövrünə nisbətən 19,7% azalaraq 10 465,9 milyon manata enib. Bağlanmış əqdlərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 18,1 % azalaraq 7 559 təşkil edib.

"APA-Economics" bu barədə BFB-yə istinadən xəbər verir. Məlumata görə, BFB-nin dövriyyəsinin 53,7%-i, yaxud 5 617,3 milyon manatı dövlət qiymətli kağızlarının (14,5% az) payına düşüb. Korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 993,3 milyon manat ( 2,4 dəfə çox), repo əməliyyatları üzrə əqdlərin dəyəri təxminən 3 855,4 milyon manat (36,25 % az) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR