Bakı Fond Birjasının dövriyyəsi 4%-dən çox azalıb

Bakı Fond Birjasının dövriyyəsi 4%-dən çox azalıb
# 01 iyul 2022 15:12 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) bu ilin yanvar-iyun aylarında qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 7,949 milyard manat təşkil edib.

Bu barədə "APA-Economics"ə BFB-dən bildirilib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 4,3% azdır. Belə ki, 2021-ci ilin birinci yarısında Birjada qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 8,303 milyard manat təşkil etmişdi.

BFB-dən bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar üzrə ticarət həcmində 157 %, korporativ qiymətli kağızlar üzrə olan repo əməliyyatları üzrə 6 dəfəyə yaxın, korporativ istiqrazlar üzrə (ipoteka istiqrazları istisna olmaqla) ilkin bazar əməliyyatlarında isə 100 dəfəyə yaxın artım müşahidə olunub.

2022-ci ilin iyun ayının son ticarət günü üzrə Bakı Fond Birjasının kapitalizasiyası 4,127 milyard manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR