Bakı sakinlərinə "Paytaxt" salatı neçəyə başa gələcək?

Bakı sakinlərinə "Paytaxt" salatı neçəyə başa gələcək?
# 29 dekabr 2021 16:00 (UTC +04:00)

"APA-Economics" dekabr ayının sonuna Bakı şəhəri üzrə "Paytaxt" salatı indeksini hesablayıb

Qarşıdan gələn Yeni il bayramında "Paytaxt" salatı Bakı sakinlərinə orta hesabla 10,11 manata başa gələcək.

"APA-Economics"in bazardakı qiymətlər və salatın inqrediyentləri əsasında apardığı hesablamalara görə, standart 4-5 nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan "Paytaxt" salatının xam çəkisi təxminən 2,5-2,7 kq olacaq və bu həcmdə salatın qiyməti 10,11 manat təşkil edəcək. Bu, dekabr ayının əvvəli ilə müqayisədə 1,8% azdır.

"Paytaxt" salatının inqrediyentlərinə gəldikdə, standart reseptə turşu xiyar (2 ədəd – 300 q), təzə xiyar (2 ədəd – 300 q), yaşıl noxud (1 banka – 300-400 q), mayonez (1 banka – 350-400 ml), kartof (500 q), kök (400 q), yumurta (4 ədəd – 200 q), toyuq filesi (300 q), şüyüd (1 dəstə) daxildir.

Ayrı-ayrı malların qiymətlərinə gəldikdə, salatın ən bahalı inqrediyentləri toyuq filesi (300 q – 2,3 manat), yaşıl noxud (300-400 qramlıq banka 2,1 manata) və mayonezdir (400 ml banka və ya paket – 2,23 manat), ən ucuz isə şüyüd (dəstəsi 0,2 manat) başa gələcək.

Qiymət artımlarına gəldikdə, aylıq müqayisədə yumurta və şüyüdün qiyməti dəyişməyib qalıb. Təzə xiyarın qiymətində isə kəskin artım baş verib (42,4%). Yeni il qabağı mağazaların təklif etdiyi endirimlər fonunda yaşıl noxud və mayonezin ortalama qiymətləri müvafiq olaraq 11,3% və 5,5% enib.

Beləliklə, Azərbaycanda "Paytaxt" salatı indeksi aylıq müqayisədə 1,8% azalıb.

İnqrediyentlər

Qiymət

Aylıq inflyasiya

Miqdar

Dəyər

Turşu xiyar

1 kq – 2,4

-2,4%

300 q

0,72

Yaşıl noxud

1 banka – 2,08

-11,3%

300-400 q

2,08

Kartof

1 kq – 1,34

-4,3%

500 q

0,67

Kök

1 kq – 0,9

-10%

400 q

0,36

Yumurta

1 ədəd – 0,17

0%

4 ədəd

0,68

Toyuq filesi

1 kq – 7,6

1,3%

300 q

2,28

Mayonez

1 banka – 2,23

-5,5%

350-400 ml

2,23

xiyar

1 kq – 2,99

42,4%

300 q

0,90

Şüyüd

1 dəstə – 0,20

0,%

1 ədəd

0,20

Ümumi

-1,8%

2,7 kq

10,11

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR