"Bakı Sığorta"nın maliyyə vəziyyəti məlum olub

"Bakı Sığorta"nın maliyyə vəziyyəti məlum olub
# 19 avqust 2022 14:00 (UTC +04:00)

"Bakı Sığorta" ASC bu ilin birinci yarısında zərərdən mənfəətə keçib.

"APA-Economics" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, "Bakı Sığorta " 2022-ci ilin ilk yarısını 102,7 min manat xalis mənfəətlə başa vurub. Sığorta şirkəti ötən ilin birinci yarısını isə 1,025 milyon manat xalis zərərlə başa vurmuşdu.

Hesabat dövründə şirkətin cəmi gəlirləri 3,490 milyon manat (2021-ci ilin eyni dövrünə nisbətən 3,6 dəfə çox), cəmi xərcləri 3,361 milyon manat (1,6 dəfə çox), maliyyə mənfəəti 128,4 min manat (1,025 milyon manat zərər ), mənfəət vergisi ödəməsi 25,7 min manat (2021-ci rübündə olmayıb) təşkil edib.

Bu ilin iyulun 1-nə "Bakı Sığorta"nın aktivləri 5,8% artaraq 12,730 milyon manata, cəmi öhdəlikləri 10,3% artaraq 4,348 milyon manata, cəmi kapitalı isə 1,3% artaraq 7,956 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR