"Bakı Sığorta"nın rəhbərliyində dəyişiklik edilib

"Bakı Sığorta"nın rəhbərliyində dəyişiklik edilib
# 04 fevral 2023 12:51 (UTC +04:00)

"Bakı Sığorta" şirkətinin Direktorlar Şurasının (DŞ) tərkibində dəyişiklik edilib.

"APA-Economics"in sığorta şirkətindən əldə etdiyi məlumata görə, şirkətin Direktorlar Şurasının üzvü Elmar Abasov DŞ-yə müstəqil üzv seçilib. Direktorlar Şurasının digə üzvü Cəmil Məmmədli isə DŞ-nin üzlüyündən çıxarılıb.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR