Bakıda "Fintech Summit 2023" təşkil ediləcək

Bakıda "Fintech Summit 2023" təşkil ediləcək
# 27 mart 2023 12:04 (UTC +04:00)

İyunun 13-14-də Bakıda "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək.

Bu barədə "APA-Economics"ə Sərginin təşkilatçısı "Azərbaycan Banklar Assosiasiyası"ndan (ABA) bildirilib.

Qeyd edilib ki, tədbir “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda baş tutacaq. Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.

"Fintech Summit" ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

Qeyd edək ki, builki sammitə 8 panel üzrə 45 məruzəçi və 120 şirkətin 1500 iştirakçısı qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR