Bakıda "FINTEX 2022" sammiti keçiriləcək

Bakıda "FINTEX 2022" sammiti keçiriləcək
# 09 iyun 2022 12:56 (UTC +04:00)

16-17 iyun tarixində Bakıda "Bank və ödəniş ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda “FINTEX 2022" sammiti keçiriləcək.

"APA-Economics" xəbər verir ki, sammit ölkənin maliyyə-iqtisadiyyat sahəsində tənzimləyici və nəzarət orqanlarının rəhbərlərinin, kommersiya banklarının və maliyyə sektorunun digər iştirakçılarının yuxarı menecmenti, yerli və xarici biznes və ictimai təşkilatların rəhbərləri, beynəlxalq maliyyə institutlarının və xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, akademik dairələrin nümayəndələri, maliyyə və bankçılıq sahəsinə aid məhsul və xidmətlər təklif edən xarici və yerli şirkətlərdən iştirakçıları bir araya toplayan, regionun ən nüfuzlu maliyyə və bankçılıq tədbirlərindən biridir.

“FINTEX 2022" maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminə dair fikir və təcrübə mübadiləsi üçün platforma olmaq məqsədi daşıyır. Tədbirdə yeni maliyyə və bankçılıq məhsullarının, innovativ ödəmə həllərinin, rəqəmsal valyutaların, banklar və fintexlərin əməkdaşlıq imkanları, yeni texnologiyaların geniş vüsət alması ilə paralel yarana biləcək təhlükəsizlik çağırışları müzakirə olunacaq.

Sammit yeni xidmətlərin və məhsulların, innovasiyaların hüquqi çərçivəyə salınması sahəsindəki qabaqcıl təcrübələrin, eləcə də bütün bu proseslərin maliyyə dayanıqlılığının və maliyyə inkluzivliyinin gücləndirilməsinə və müştəri məmnunluğuna göstərdiyi təsirin öyrənilməsinə imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR