Bakının ticarət dövriyyəsi 5%-dən çox artıb

Bakının ticarət dövriyyəsi  5%-dən çox artıb
# 20 dekabr 2021 16:11 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 21,478 mlrd. manat təşkil edib.

"APA-Economics"in Bakı şəhəri Statistika İdarəsinin məlumatlarına istinadən verdiyi məlumata görə, bu 2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,3% çoxdur

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,6% artaraq 11,059 mlrd. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 5,2% artaraq 10,419 mlrd. manata bərabər olub. İstehlak məhsullarının 36%-i hüquqi şəxs statuslu müəssisələrdə, 44,8%-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,2%-i isə paytaxtın məhsul bazarlarında satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR