“Bank Avrasiya”nın maliyyə vəziyyəti məlum olub

“Bank Avrasiya”nın maliyyə vəziyyəti məlum olub
# 25 aprel 2022 16:16 (UTC +04:00)

“Bank Avrasiya” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bankın faiz gəlirləri 1,9% artaraq 2,965 milyon manata, faiz xərcləri isə 1,7% artaraq 455 min manata yüksəlib. Nəticədə, bank bu ilin birinci rübündə 2,509 milyon manat xalis faiz gəliri əldə edib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1,9% çoxdur.

Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 600 min manat, qeyri-faiz xərcləri 1,405 milyon manata bərabər olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 46,3% və 20,3% çoxdur.

Ümumilikdə, bankın əməliyyat gəlirləri 3,565 milyon manat, əməliyyat xərcləri isə 1,860 milyon manat təşkil edib.

Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 941 min manat ayırıb. Sonda “Bank Avrasiya”ın xalis mənfəəti 763 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2,2 dəfə çoxdur. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 350 min manat xalis mənfəət əldə etmişdi.

2021-ci ilin eyni dövrünə nisbətən bankın aktivləri 5,5% artaraq 176,752 milyon manata, öhdəliklərinin ümumi həcmi isə 8,8% artaraq 104,199 milyon manata çatıb. Bankın cəmi kapitalı 72,553 milyon manata yüksəlib. Bu isə 1,1% çoxdur.

Bu dövrdə bankın əsas likvidlik göstəricilərindən biri olan kreditlərin depozitlərə nisbəti 198% təşkil edib. Bu isə normadan çox yüksəkdir.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR