"Bank Melli İran"ın Bakı filialının maliyyə vəziyyəti məlum olub

"Bank Melli İran"ın Bakı filialının maliyyə vəziyyəti məlum olub
# 07 iyul 2022 18:51 (UTC +04:00)

"Bank Melli İran"ın Bakı filialı bu ilin birinci yarısı üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” hesabata istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında bankın faiz gəlirləri 1,735 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 1,8% çox), faiz xərcləri 139,1 min manat (13,6% az), xalis faizləri 1,596 milyon manat (3,5% çox) təşkil edib.

Bankın aktivlər üzrə ehtiyatların yaradılmasına ayırmaları 98,871 min manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 100,754 min manat, haqq və komissiya gəlirləri 87,401 min manat, digər gəlirləri 2,622 min manat, torpaq, tikili və avadanlıqların xaric olmasından gəlirləri 7,306 min manat olub.

Filialın xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə xərcləri 138,805 min manat, haqq və komissiya xərcləri 70,880 min manat, inzibati xərcləri isə 877,754 min manata bərabər olub.

Nəticədə "Bank Melli İran"ın Bakı filialı 2022-ci ilin ilk yarısını 805,721 min manat xalis mənfəətlə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 dəfə çoxdur. Belə ki, 2021-ci ilin eyni dövründə 575,159 min manat xalis mənfəət açıqlamışdı.

2022-ci ilin iyul 1-nə Bankın cəmi aktivləri 4,6% artaraq 90,041 milyon manat, o cümlədən müştərilərə verilmiş kreditləri 1% azalaraq 9,728 milyon manata enib. Filialın cəmi öhdəlikləri 4% artaraq 53,816 milyon manata, cəmi kapitalı isə 2,3% artaraq 36,224 milyon manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR