“Bank Respublika” illik 8,5%-lə borca girir

“Bank Respublika” illik 8,5%-lə borca girir
# 03 iyun 2022 11:49 (UTC +04:00)

İyunun 2-də “Bank Respublika” ASC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları listinqə daxil edilib.

Bu barədə “APA-Economics”ə Bakı Fond Birjasından (BFB) bildirilib. Məlumata görə, faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların nominal dəyəri min manatdır. “Bank Respublika”nın 5 min ədəd istiqrazı 8,5%-lə iki il müddətində tədavüldə olacaq və kupon faizlərinin ödənişi hər 3 aydan bir həyata keçiriləcək.

Qeyd olunan istiqrazların yerləşdirilməsi BFB-də rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmə üzrə anderrayter isə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR