“Bank Respublika”nın ötən il üzrə nəticələri açıqlanıb

“Bank Respublika”nın ötən il üzrə nəticələri açıqlanıb
# 25 yanvar 2023 12:03 (UTC +04:00)

“Bank Respublika” 2022-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

“Apa-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, Bank Respublika” 2022-ci ildə xalis mənfəətini 2021-ci illə müqayisədə 36.5% və ya 7 mln. 128 min manat artıraraq 26 mln. 652 min manata yüksəldib.

Hesabat dövründə bankın faiz gəlirləri 2021-ci ilə nisbətən 52.7% artaraq 138 mln.588 min manat , faiz xərcləri 58.2% artaraq 53 mln. 797 min manat, xalis faiz gəlirləri isə 49.4% artaraq 84 mln. 794 min manata bərabər olub. Ümumilikdə bankın əməliyyat mənfəəti 33 mln. 281 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 2.4 dəfə çoxdur.

Bu dövrdə bankın mənfəət vergisi ödəmələri 9 mln. 410 min manat (2021-ci ilə nisbətən 9.5 dəfə çox) təşkil edib. Ötən il bankın nağd pul vəsaitləri isə 8.2% və ya 24 mln. 231 min manat artaraq 320 mln. 677 min manat olub.

2022-ci ildə bankın kredit portfeli(müştərilərə verilmiş kredit) 2021-ci illə müqayisədə 242 mln.620 min manat və ya 33.7% artaraq 962 mln. 560 min manata yüksəlib.

Ötən il bankda hüquqi (406 mln. 930min) və fiziki şəxslərin(558 mln. 963 min) depozitlərinin cəmi 965 mln. 893 min manat olub. Ümumi depozitlərin həcmi 2021-ci illə müqayisədə 20.5% artıb.

“Bank Respublika”nın Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 2021-ci ilə nisbətən 3 mln. 343 min manat azalaraq 6 mln. 686 min manat təşkil edib.

Bu il yanvar ayının 1-nə “Bank Respublika”nin cəmi aktivləri 352.5 mln. manat və ya 28.6% artaraq 1 mlrd. 584 mln. manata çatıb. Bankın öhdəlikləri isə 334,5 mln. manat və ya 29.6% artaraq 1 mlrd. 466 mln. manata yüksəlib. 31 dekabr 2022-ci il tarixinə bankın cəmi kapitalı isə 17.9 mln. manat və ya 17.8% artaraq 118 mln. 451 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR