“Bank VTB Azərbaycan” əmanət faizini aşağı salıb

“Bank VTB Azərbaycan” əmanət faizini aşağı salıb
# 13 iyul 2022 14:44 (UTC +04:00)

Azərbaycanda bəzi banklar depozit faizlərini aşağı salmağa başlayıb.

APA-Economics” xəbər verir ki, “Bank VTB Azərbaycan” ASC milli valyutada “Sərfəli” əmanəti üzrə baza faiz dərəcəsini azaldıb. Belə ki, əmanət üzrə maksimal illik gəlirlilik 12%-dən 11,5%-ə endirilib.

Qeyd edək ki, bankın sözügedən əmanət paketi üzrə minimal məbləğ 100 manat, əmanət müddəti isə 3 il nəzərdə tutulub.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR