“Bank VTB Azərbaycan” kreditləri bahalaşdırıb, depozit faizini aşağı salıb

“Bank VTB Azərbaycan” kreditləri bahalaşdırıb, depozit faizini aşağı salıb
# 28 noyabr 2022 10:12 (UTC +04:00)

“Bank VTB Azərbaycan” kredit və depozit faizlərinə dəyişiklik edib.

APA-Economics” bu barədə banka istinadən xəbər verir. Məlumata görə, bank 40 min manata kimi istehlak kreditləri üzrə faiz dərəcəsini 13%-dən 13,99%-ə kimi artırıb. Eyni zamanda, bankda illik əmanət faizləri isə 11,5%-dən 9%-ə endirilib.

Xatırladaq ki, “Bank VTB Azərbaycan” 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i “Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə (“Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR