“Bank VTB Azərbaycan”ın maliyyə vəziyyəti məlum olub

“Bank VTB Azərbaycan”ın maliyyə vəziyyəti məlum olub
# 25 aprel 2022 12:20 (UTC +04:00)

“Bank VTB Azərbaycan” 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” bankın hesabatına istinadən xəbər verir ki, “Bank VTB Azərbaycan”ın faiz gəlirləri 1,7 dəfə artaraq 6,232 milyon manata, faiz xərcləri isə 1,8 dəfə artaraq 1,806 milyon manata yüksəlib. Faiz gəlirlərinin kəskin artması hesabına bankın xalis faiz gəlirləri 1,9 dəfə artaraq 4,332 milyon manat təşkil edib.

Hesabat dövründə, bankın qeyri-faiz gəlirləri 3 dəfə artaraq 5,370 milyon manat, qeyri-faiz xərcləri isə 1,2 dəfə artaraq 6,284 milyon manata bərabər olub.
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 2,079 milyon manat ayrıldıqdan sonra “Bank VTB Azərbaycan”ın xalis mənfəəti 5,497 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 30 dəfə çoxdur.

Qeyd edək ki, 2021-ci ilin eyni dövründə bank 179 min manat xalis mənfəət əldə etmişdi.

İlin əvvəli ilə müqayisədə bankın aktivləri 12,5% azalaraq 203,222 milyon manata düşüb. Bu dövrdə bankın kredit portfeli də 0,9% kiçilərək 163,458 milyon manata bərabər olub.
Hesabat dövründə bankın öhdəliklərinin ümumi həcmi 21,1% azalaraq 129,032 milyon manata enib. Bankın cəmi kapitalı isə 74,190 milyon manata çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7,9% çoxdur.

Bankın kreditlərinin depozitlərə nisbəti ("Loan-to-Deposit Ratio" - LDR) 261% təşkil edir. Bu da ötən ilin eyni dövrünə nisbətən 22% bəndi çoxdur.
Qeyd edək ki, LDR bank sektorunun və ya fərdi bankın likvidliyini qiymətləndirmək üçün istifadə olunan göstəricilərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR