Banklar əmanət gəlirlərindən vergi xərcini necə qarşılayır? - ARAŞDIRMA

Banklar əmanət gəlirlərindən vergi xərcini necə qarşılayır? - ARAŞDIRMA
# 08 fevral 2023 11:48 (UTC +04:00)

Bu il fevralın 1-dən bank əmanətlərinin vergidən 7 illik azadedilmə müddəti bitib. “Vergi Məcəlləsi”nin 102.1.22-ci maddəsinə əsasən artıq yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisinə cəlb edilib. Başqa sözlə, banka əmanət yerləşdirən vətəndaşın əldə etdiyi faiz gəlirindən 10%-i gəlir vergisi kimi tutulacaq.

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov fevral ayının 1-də keçirdiyi mətbuat konfransında bildirib ki, 10 faizlik vergi bankların xərcləri hesabına ödəniləcək. Bunun üçün bankların əmanət faizlərini artıracaqları gözlənilir. Bəs, hazırda Azərbaycan bankları depozit faizlərinə gəlir vergisi ilə bağlı xərci öz üzərinə götürübmü?

APA-Economics” məsələ ilə bağlı banklar arasında sorğu keçirib. Məlum olub ki, ölkədə fəaliyyət göstərən 25 bankdan 24-ü depozit gəlirlərinə tətbiq edilən bu vergini ödəmə mənbəyindən tutur. Başqa sözlə, banklar vergi ilə bağlı ortaya çıxan xərci müştəriyə yönləndirirlər. Siyahıda yalnız “AFB Bank” 3 ay müddətinə banka yerləşdirilən əmanətlər üzrə vergi xərcini öz üzərinə götürdüyünü açıqlayıb. Bankdan bildirilib ki, fevralın 1-dən mayın 1-nə qədər olan dövrdə bankda depozit yerləşdirmiş fiziki şəxslərin ilk bir il ərzində hesablanmış əmanət faizi üzrə gəlir vergisi bank tərəfindən ödəniləcək.

Banklar

Vergini öz hesabına qarşılayır

ABB ASC

-

AccessBank QSC

-

AFB Bank ASC

+

Azər Türk Bank ASC

-

Azərbaycan Sənaye Bankı ASC

-

Bank Avrasiya ASC

-

Bank BTB ASC

-

Bank Melli İran Bakı filialı

-

Bank of Baku ASC

-

Bank Respublika ASC

-

Bank VTB (Azərbaycan) ASC

-

Expressbank ASC

-

Günay Bank ASC

-

Xalq Bank ASC

-

Kapital Bank ASC

-

Muğanbank ASC

-

Naxçıvanbank ASC

-

PAŞA Bank ASC

-

Premium Bank ASC

-

Rabitəbank ASC

-

TuranBank ASC

-

Unibank KB ASC

-

Yapı Kredi Bank Azərbaycan QSC

-

Yelo Bank ASC

-

Ziraat Bank Azərbaycan ASC

-

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR