Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 102,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 yanvar 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 2,8% artıb.