Banklar valyuta hərracında 61 mln. dollar cəlb edib

Banklar valyuta hərracında 61 mln. dollar cəlb edib
# 26 aprel 2022 13:44 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 61 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26 % azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR