Banklararası Kart Mәrkәzi ilə əməliyyatların həcmi 85 milyona yaxınlaşıb

Banklararası Kart Mәrkәzi ilə əməliyyatların həcmi 85 milyona yaxınlaşıb
# 02 avqust 2022 16:47 (UTC +04:00)

2022-ci ilin I yarımili әrzindә Banklararası Kart Mәrkәzi (BKM) üzәrindәn 84.6 milyon kart әmәliyyatı aparılıb.

Bu barədə "APA-Economics"ə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, milli valyutada hәyata keçirilmiş әmәliyyatların hәcmi 4.1 mlrd. manat, xarici valyutada isә 14.7 mln. ABŞ dolları vә 4.7 mln. avro tәşkil edib.

Hesabat dövründә, elektron bankçılıq vasitәsilә cari hesablardan aparılmış köçürmәlәrin ümumi sayı 54.9 mln. әdәd, hәcmi isә 111 mlrd. manat tәşkil edib. 2021-ci ilin müvafiq dövrü ilә müqayisәdә köçürmәlәrin sayı 2.8 dәfә, hәcmi isә 71% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR