Bankların 22-si mənfəət, 4-ü zərər açıqlayıb -Hesabat

Bankların 22-si mənfəət, 4-ü zərər açıqlayıb -Hesabat
# 26 aprel 2022 15:14 (UTC +04:00)

Bu ilin birinci rübünü Azərbaycanda 26 bankın 22-si xalis mənfəətlə, 4-ü isə zərərlə bitirib.

"APA-Economics" bankların hesabatlarına istinadən xəbər verir ki, "Kapital Bank" 50,405 milyon manat xalis mənfəətlə bazar üzrə lider olub. "Azərbaycan Beynəlxalq Bankı" siyahıda ikinci(39,217 milyon manat), "PAŞA Bank" isə üçüncü (38,326 milyon manat) yerdə qərarlaşıb.

Hesabat dövründə ən böyük xalis zərər "Unibank"da qeydə alınıb- 4,142 milyon manat. Bu ilin yanvar-mart ayları üzrə "Bank BTB" 3,295 milyon manat, "Günay Bank" 577 min manat və Pakistan Milli Bankının Bakı Filialı isə 221 min manat zərər açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR