Bankların aktivləri 7% artıb

Bankların aktivləri 7% artıb
# 26 sentyabr 2023 09:41 (UTC +04:00)

2023-cü ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45358.7 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 7% çoxdur.

Bankların aktivlərinin 21814.2 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44.5%-dən 48%-ə yüksəlib.

Hesabat dövründə, bank sektorunun öhdəlikləri 8.3% artaraq 39,474.1 milyon manata, o cümlədən depozit portfeli 5.1 % artaraq 31,998.7 milyon manata çatıb. Bunun 12,276 milyon manatı fiziki, 19,722.7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 15.8%, şirkətlərin banklardakı vəsaitləri isə 3.8% artıb.

Bank sektorunun balans kapitalı isə 11.7% artaraq 5,884.6 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR