Bankların dollara tələbi 10%-dən çox artıb

Bankların dollara tələbi 10%-dən çox artıb
# 13 sentyabr 2022 15:17 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics" AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 48,4 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (8 sentyabr 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 10,5% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR