Bankların ümidsiz aktivlərinin balansdan silinməsi qaydası dəyişib

Bankların ümidsiz aktivlərinin balansdan silinməsi qaydası dəyişib
# 03 avqust 2022 10:30 (UTC +04:00)

Bank tərəfindən ümidsiz aktivlərin balansdan silinməsi Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin təqdimatına əsasən Müşahidə Şurasının qərarı ilə həyata keçiriləcək.

"APA-Economics" xəbər verir ki, yenilik Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə qəbul edilən “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydası”nda nəzərdə tutulub.

Bununla yanaşı, ümumi məbləği 20 min manatadək həm milli, həm də xarici valyutada olan ümidsiz aktivlərin balansdan silinməsi səlahiyyətləri Müşahidə Şurası tərəfindən İdarə Heyətinə həvalə edilə bilər. Bu eynilə Qaydanın 9-cu maddəsində müəyyən edilmiş ümidsiz aktivlərə də şamil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR