Bankların valyuta hərracında dollar tələbi azalıb

Bankların valyuta hərracında dollar tələbi azalıb
# 14 iyun 2022 13:15 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 22,1 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (9 iyun 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 33,8% azalıb.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR