Baş nazir: Enerji qiymətlərində volatillik makroiqtisadi sabitliyə mənfi təsir edir

Baş nazir: Enerji qiymətlərində volatillik makroiqtisadi sabitliyə mənfi təsir edir
# 09 dekabr 2022 11:56 (UTC +04:00)

“Beynəlxalq vəziyyətin mürəkkəbləşməsi, qlobal iqtisadi perspektivlər üzrə mövcud olan qeyri-müəyyənliklər, habelə enerji resursları qiymətlərinin volatilliyi və maliyyə böhranlarının başvermə tezliyinin artması hazırkı mərhələdə ölkəmizdə makroiqtisadi sabitliyə və büdcə tarazlığına mənfi təsir edən əsas amillər kimi çıxış edir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, məhz bu baxımdan xarici şokların təsirinin minimuma endirilməsı və ölkənin inkişafının ahəngdarlığının təmin edilməsi məqsədi ilə büdcə qaydasına uyğun olaraq yeni makro-fiskal çərçivə formalaşdırılıb və dövlət büdcəsinin əsas göstəricilərinin müəyyən olunması zamanı nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR