Bazar və yarmarkalarda ötən il 9,5 mlrd. manatlıq məhsul satılıb

Bazar və yarmarkalarda ötən il 9,5 mlrd. manatlıq məhsul satılıb
# 21 yanvar 2022 17:40 (UTC +04:00)

Ötən il Azərbaycandakı bazar və yarmarkalarda istehlakçılar tərəfindən 9,513 mlrd. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2020-ci illə müqayisədə bu göstərici 2,1% azalıb.

Təkcə dekabr ayında istehlakçılara 844,2 mln. manatlıq məhsul satılıb ki, bu da noyabr ayı ilə müqayisədə 25% çoxdur.

Qeyd edək ki, ötən il bazar və yarmarkalarda aparılan ticarət əməliyyatları ümumi pərakəndə ticarət dövriyyəsinin 21,5%-ni təşkil edib.

Xatırladaq ki, 2021-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 44,2 mlrd. manatlıq mallar satılıb. Bu, illik müqayisədə 3,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR