Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə Regional Direktor təyin edilib

Beynəlxalq Maliyyə Korporasiyasına Avropa üzrə Regional Direktor təyin edilib
# 03 oktyabr 2022 17:48 (UTC +04:00)

Rana Karadşehi Beynəlxalq Maliyyə Korporasiyasının( IFC) Avropa üzrə Regional Direktoru təyin edilib.

Bu barədə "APA-Economics"ə IFC-dən bildirilib. Qeyd edilib ki, Rana Karadşehi IFC-nın Ukraynada özəl sektorun inkişafında iştirakının artırılması və Mərkəzi və Şərqi Avropada iş yerlərinin yaradılması səylərinin gücləndirilməsində əsas rol oynayacaq.

Qeyd edək ki, Amerika və İordaniya vətəndaşı olan Karadşeh beynəlxalq maliyyə sahəsində 25 ildən çox təcrübəyə malikdir. O, ən son Asiya və Sakit Okean regionu, İstehsalat, Aqrobiznes və Xidmətlər (MAS) üzrə Regional Sənaye Direktoru vəzifəsində çalışıb. Bundan əvvəl Karadşeh Sinqapur üzrə ölkə meneceri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR