BFB: AİH-ə daxil olan şirkətlərin istiqrazlarını yerləşdirməyə hazırıq

BFB: AİH-ə daxil olan şirkətlərin istiqrazlarını yerləşdirməyə hazırıq
# 27 dekabr 2021 11:11 (UTC +04:00)

"Biz Azərbaycan İnvestisiya Holdinqinə (AİH) daxil olan şirkətlərin istiqrazlarını yerləşdirməyə tam hazırıq".

Bunu "APA-Economics"in sualını cavablandırarkən Bakı Fond Birjasının (BFB) sədri vəzifəsini icra edən Eldar Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda bu proses daha çox şirkətlərin özündən asılıdır.

Bundan əvvəl BFB rəsmisi bildirmişdi ki, Fond həm də "yaşıl" istiqrazların buraxılışına tam hazırdır və birja olaraq sözügedən maliyyə alətinə böyük marağın olduğunu görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR