BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib

BFB-də AMB-nin 170 mln. manatlıq notları yerləşdirilib
# 09 oktyabr 2019 15:56 (UTC +04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50102776S dövlət qeydiyyat nömrəli, 170 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən "APA-Economics"ə verilən məlumata görə, AMB-də istiqrazların yerləşdirilməsi üzrə keçirilən hərrac zamanı 14 investor tərəfindən qiymət 99,5158 AZN (6,26%) olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 647 712 200 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99,5158 AZN (6,26%), orta ölçülmüş qiyməti isə 99,5158 AZN (6,26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 170 mln. AZN təşkil edib.

Notların ödəmə tarixi 7 noyabr 2019-cu ildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR