BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq DQİ emissiyası yerləşdirilib
# 17 sentyabr 2019 17:17 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104009748, 15 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 91,7846 AZN (9,0000%) və 94,3689 AZN (6,0000%) olan 20 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,1392 AZN (6,2599%), orta ölçülmüş qiyməti isə 94,1707 AZN (6,2242%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 43 735 600 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2020-ci ilin sentyabrın 15-dir.

Hərrac iştirakçıları 18 sentyabr 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR