BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib

BFB-də Maliyyə Nazirliyinin 25 mln. manatlıq istiqrazları yerləşdirilib
# 23 iyul 2019 17:19 (UTC +04:00)

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0104007742, 25 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, hərrac zamanı 18 investor tərəfindən qiymət intervalı 92,2054 AZN (8,5000%) və 94,5300 AZN (5,8184%) olan 28 sifariş təqdim edilib.

Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 94,2804 (6,1000%), orta ölçülmüş qiyməti 94,3461 (6,0257%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 106 820 900 manat, yerləşdirilmiş həcmi isə 25 mln. manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 2021-ci ilin iyunun 13-dür.

Hərrac iştirakçıları 24 iyul 2019-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR