BMT yeni qlobal durğunluğa görə xəbərdarlıq edib

BMT yeni qlobal durğunluğa görə xəbərdarlıq edib
# 04 oktyabr 2022 12:37 (UTC +04:00)

Birləşmiş Millətlər Təşkilatı (BMT) bəzi ölkələrdə faiz dərəcələrinin artması fonunda “sərt” iqtisadi konyunkturaya yönəlmə cəhdlərini qlobal durğunluq üçün real risk daşıması barədə xəbərdarlıq edib.

APA-Economics” “The Guardian” qəzetinə istinadən bildirir ki, BMT faiz dərəcələrinin artırılması əsasən zəngin ölkələrin inflyasiya ilə mübarizəsinin nəticəsidir.

BMT-nin ticarət və inkişaf konferensiyasının(UNCTAD) hesabatında bir çox ölkənin mərkəzi banklarının kəskin qiymət artımına qarşı faizləri yüksəltməsi “ehtiyatsız avantüra” kimi dəyərləndirilib. Hesabatda, bu cür addımların pis nəticələrə gətirib çıxara biləcəyi qeyd olunub.

“Apa-Economics” analitik qrupu bildirir ki, dünyanın əsas inkişaf etmiş ölkələrində sərt faiz artımı qısamüddətli perspektivdə davam edəcək. Belə ki, Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Banki (ECB) və İngiltərə Mərkəzi Bankının (BOE) yaxın perspektivdə uçot faiz dərəcələrini 0.50-0.75 faiz bəndi artırması gözlənilir.

Xatırladaq ki, pandemiya və Rusiya-Ukrayna münaqişəsi fonunda sürətlənən inflyasiyanın qarşısını almaq üçün inkişaf etmiş ölkələr sərt monetar siyasət addımları atmağa məcbur olublar.

Cavid Əzimov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR