BOKT-ların xalis mənfəəti 14 milyon manata çatıb

BOKT-ların xalis mənfəəti 14 milyon manata çatıb
# 26 iyul 2022 16:43 (UTC +04:00)

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin yanvar-iyun aylarını 13,9 milyon manat xalis mənfəətlə başa vurub.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu 2022-ci ilin birinci rübü ilə müqayisədə 1,9 dəfə çoxdur. Bu ilin birinci rübündə BOKT-ların xalis mənfəəti 7,2 milyon manat təşkil etmişdi.

Qeyd edək ki, Azərbaycanda BOKT-lar ötən ilin eyni dövründə isə 0,7 milyon manat xalis zərər açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR