Bolqarıstan 2024-cü ildən avroya keçəcək

Bolqarıstan 2024-cü ildən avroya keçəcək
# 07 yanvar 2022 15:53 (UTC +04:00)

Bolqarıstanda 2024-cü ilin yanvar ayının 1-dən etibarən avro valyutasına keçəcək.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Baş nazirinin müavini, ölkənin maliyyə naziri Asen Vasilev parlament üzvlərinin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ölkə avronun dövriyyəyə buraxılmasına texniki cəhətdən tam hazırdır.

"Hazırda biz avronun dövriyyəyə buraxılmasına texniki cəhətdən tam hazırıq, yalnız yerinə yetirilməli olan bəzi kiçik məsələlər qalıb. Ona görə də 1 yanvar 2024-cü il tarixi şübhə doğurmur", - Bolqarıstan rəsmisi bildirib.

Xatırladaq ki, hazırda Bolqarıstanda lev valyutası dövriyədədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR