“Brand Credit” BOKT ötən il kiçilib, mənfəəti isə azalıb - HESABAT

“Brand Credit” BOKT ötən il kiçilib, mənfəəti isə azalıb - HESABAT
# 07 iyun 2023 12:01 (UTC +04:00)

“Brand Credit” bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci il üzrə audit hesabatını açıqlayıb.

APA-Economics” hesabata istinadən xəbər verir ki, 2022-ci ildə “Brand Credit”in xalis mənfəəti 33.3% azalaraq 383.9 min manat təşkil edib. 2021-ci ildə təşkilat 575.2 min manat xalis mənfəət əldə etmişdi.

Hesabat dövründə təşkilatın kredit portfeli 5.1% azalaraq 3 milyon 954.2 min manat, xalis faiz gəlirləri isə 24.6% azalaraq 1 milyon 342.3 min manat təşkil edib. Bu dövrdə əməliyyat xərcləri 617.2 min manat (illik müqayisədə 10.7% az) olan təşkilatın əməliyyat mənfəəti 461.6 min manat təşkil edib ki, bu da illik müqayisədə 33.4% azdır.

Ötən il “Brand Credit” kiçilib. Belə ki, 2022-ci ildə təşkilatın cəmi aktivləri 11.6% və ya 616.2 min manat azalaraq 4 milyon 682.3 mi manata bərabər olub.

2023-cü ilin yanvar ayının 1-nə təşkilatın cəmi kapitalı 2 milyon 89.6 min manata bərabər olub ki, bu da illik müqayisədə 13.5% azdır.

Qeyd edək ki, 1 milyon 900 min manat nizamnamə kapitalına malik olan “Brand Credit”in səhmlərinin 74,89%-i Vəliyeva Yeganə Nəriman qızına, 22.26%-i Hüseynov Vəli Abdulhüseyn oğluna, 2.8%-i isə Vəliyeva Şəbnəm Rafiq qızına məxsusdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR