Britaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Britaniya iqtisadiyyatı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb
# 15 yanvar 2022 13:06 (UTC +04:00)

Böyük Britaniyada real ÜDM noyabr ayında aylıq müqayisədə 0,9% artıb. Beləliklə, ölkədə real ÜDM-in həcmi COVID-19 pandemiyasından əvvəlki səviyyəni (2019-cu ilin fevral ayı) ilk dəfə üstələyib.

"APA-Economics"in Böyük Britaniya Milli Statistika İdarəsinin ilkin məlumatlarına istinadən verdiyi xəbərə görə, noyabrda ölkədə real ÜDM istehsalının həcmi pandemiyadan əvvəlki göstəricini 0,7% üstələyib. Noyabrda xidmət sektoru real ifadədə 0,7%, istehsal 1%, tikinti sektoru isə 3,5% artıb. Xidmət və tikinti sektorları hər ikisi pandemiyadan əvvəlki səviyyənin 1,3% keçsə də, istehsal böhrandan əvvəlki dövrün göstəricilərindən 2,6% geri qalır.

Statistika İdarəsi qeyd edir ki, məlumatlarda düzəlişlərin olmadığı halda, 2021-ci ilin IV rübündəki real ÜDM istehsalı da pandemiyadan əvvəlki sonuncu rübün (2019-cu ilin IV rübü) göstəricisini üstələyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR