Britaniyada inflyasiya 30 illik maksimuma çatıb

London

© APA | London

# 19 yanvar 2022 12:09 (UTC +04:00)

2021-ci ilin dekabr ayında Böyük Britaniyada istehlak qiymətləri illik ifadədə 5,4% artıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Britaniya Milli Statistika İdarəsinin açıqlamasında deyilir.

Qeyd olunur ki, dekabr üzrə göstərici 1992-ci ilin martından bəri rekord artım tempi nümayiş etdirib.

İstehlak qiymətlərinin 5,1% artdığı noyabr ayı ilə müqayisədə inflyasiya sürətlənib, bu da 2011-ci ilin sentyabrından bəri ən yüksək göstəricidir.

İstehlak qiymətləri əvvəlki ayla müqayisədə 0,5% artıb. Ekspertlər orta hesabla 0,3% artım proqnozlaşdırırdılar. Noyabrda aylıq inflyasiya 0,7% təşkil edib.

Keçən ay Britaniyada ərzaq məhsulları illik ifadədə 4,2%, noyabrda isə 2,5% bahalaşıb. Restoran və mehmanxanalarda da qiymət artımı sürətlənib. Mebel və məişət əşyaları, eləcə də geyim və ayaqqabılar da bahalaşıb. Bu arada, nəqliyyat xidmətlərinin bahalaşması səngiyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR