Britaniyanın azad olunmuş ərazilərdəki layihələrdə iştirakı müzakirə edilib

Britaniyanın azad olunmuş ərazilərdəki layihələrdə iştirakı müzakirə edilib
# 11 yanvar 2023 13:48 (UTC +04:00)

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə görüşüb.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında paylaşım edib.

“Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ilə ölkələrimiz arasında iqtisadi əlaqələr, ticarət və investisiya sahəsində əməkdaşlıq, energetika, Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı barədə fikir mübadiləsi apardıq”, - paylaşımda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR