Bu il Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 60% artıb

Bu il Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalar 60% artıb
# 14 mart 2023 14:54 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 206,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 60,1% çox vəsait yönəldilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,3 dəfə artıb.

İstifadə olunmuş vəsaitin 1125,5 milyon manatı və ya 51 % məhsul istehsalı sahələrinə, 968,5 milyon manatı (43,9%) xidmət sahələrinə, 112,9 milyon manatı (5,1%) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1657,3 milyon manatını və ya 75,1%-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 1626,4 milyon manatı və ya 73,7 %-ni bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 44,8%, büdcə vəsaitləri 42,9 %, əhalinin şəxsi vəsaitləri 6,6%, bank kreditləri 1,8%, sair vəsaitlər isə 3,9% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR