Bu il Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta zərərliliyi 8.8 dəfə artıb

Bu il Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta zərərliliyi 8.8 dəfə artıb
# 28 mart 2023 11:39 (UTC +04:00)

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığorta yığımları 205.1 min manat təşkil edib.

APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 70% və ya 478.6 min manat azdır. Belə ki, 2022-ci ilin yanvar-fevral aylarında 683.7 min manat sığorta haqqı toplanıb.

Bu dövrdə kənd təsərrüfatı heyvanlarının sığorta ödənişlərinin həcmi 245.5 min manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 2.7 dəfə və ya 152.3 min manat çoxdur. 2022-ci ilin yanvar-fevral aylarında bu sığorta növü üzrə ödənişlərin həcmi 93.2 min manata bərabər olub.

Qeyd edək ki, hesabat dövründə bu sığorta növü üzrə sığorta ödənişləri sığorta yığımlarını üstələdiyinə görə sığorta zərərliliyi 8.8 dəfə artıb. Belə ki, ötən ilin ilk iki ayında sığorta şirkətləri bu sığorta növü üzrə topladıqları hər 100 manatdan 13.6 manatını ödənişə yönəltmişdirsə, cari ilin ilk iki ayında bu rəqəm 119.7 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR