Bu il Azərbaycanda orta illik inflyasiya 12,3% olacaq - BVF

Bu il Azərbaycanda orta illik inflyasiya 12,3% olacaq - BVF
# 19 aprel 2022 17:05 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri 12,3% artacaq.

"APA-Economics"in fondun "World Economıc Outlook" hesabatının aprel buraxılışına istinadən verdiyi məlumata görə, 2023-cü ildə isə orta illik inflyasiya 8,7% səviyyəsində gözlənilir.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ortaillik inflyasiya 12,2%, təkcə martda isə illik inflyasiya 12,1% təşkil edib. Ötən il Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.

Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin orta illik artımı 2022-ci ildə 7%, Dünya Bankının son gözləntisinə görə isə inflyasiya 9% təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR