Bu il dövlət büdcəsinin ən aşağı icra səviyyəsi iyulda qeydə alınıb

Bu il dövlət büdcəsinin ən aşağı icra səviyyəsi iyulda qeydə alınıb
# 31 oktyabr 2022 19:08 (UTC +04:00)

Cari ili 8 ayında dövlət büdcəsi gəlirlərinin icrası 4 ay proqnozdan artıq, 4 ay isə proqnozdan az olub, ən yüksək icra səviyyəsi 142%-lə aprel ayında, ən aşağı icra səviyyəsi isə 84%-lə iyul ayında qeydə alınıb.

APA-Economics” xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi” layihəsinə Hesablama Palatasının rəyində əksini tapıb.

Aprel ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xətti ilə daxilolmaların proqnozla müqayisədə 2,1 dəfə çox olmaqla icrası müvafiq ay üzrə ən yüksək icra səviyyəsinin, iyul ayında Dövlət Vergi Xidməti üzrə daxilolmaların 33,5%, Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların 41,1%, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 48,6% az icrası isə müvafiq ay üzrə ən aşağı icra göstəricisinin qeydə alınması ilə nəticələnib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR