Bu il dövlət əmlakının özəlləşdirilmə və icarəsindən 23,6 mln. manat daxil olub

Bu il dövlət əmlakının özəlləşdirilmə və icarəsindən 23,6 mln. manat daxil olub
# 19 may 2022 14:43 (UTC +04:00)

Bu ilin aprel ayında özəlləşdirmədən dövlət büdcəsinə 6,1 mln. manat daxil olub.

Əmlak Məsələləri Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, ay ərzində 8 hərrac keçirib.

Hərraclarda 1 yarımçıq tikili, 91 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bununla yanaşı ümumilikdə 512 yeni icarə müqaviləsi bağlanılıb. Onlardan 98-i qeyri-yaşayış sahələri üzrə, 414-ü isə torpaq sahələrinə dair olub. 2021-ci ilin aprel ayı ilə müqayisədə 372 ədəd və ya 3,65 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.

Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən aprel ayında dövlət büdcəsinə ümumilikdə 2,3 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, ay ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən ümumilikdə 8,4 mln. manat vəsait büdcəyə daxil olub.

Cari ilin 4 ayı ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 23,6 mln. manata yaxın vəsait daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR